AVRORA" MMC şirkətinə məxsus Hökməli qəsəbəsində yerləşən Makaron Fabriki
"Avrora" MMC-yə məxsus yeni Makaron Fabrikində istehsalatda istifadə etmək üçün 130°C temperaturlu su tələb olunurdu. Müştəri bunun buxar şəklində deyil, məhz su şəklində alınmasını istəyirdi. Bu tələbi təmin etmək üçün 130°C temperaturlu qızğın su qazanı quraşdırdıq. Əlavə olaraq, istehsalat üçün həm yeni buxar sistemi quraşdırdıq, həm müştərinin mövcud buxar sistemini yeniləyib modernizasiya etdik. Hər ikisi, istər buxar qazanı, istər qızğın su qazanı bütün təhlükəsizlik normalarına və standartlarına əsasən quraşdırılıb və yüksək keyfiyyətli avadanlıqlardan və detallardan istifadə etməklə hər hansısa təhlükədən sığortalanıb.