Xırdalan Şərab Zavodu
Bu obyektdə Azərbaycanda ilk dəfə olaraq mənfi temperaturlu Çillerlər quraşdırmışıq. Qeyd olunan zavodda 6 ədəd şərab çəni üçün lazımi temperaturu təmin etmək tələbatı var idi. Belə ki, 180 ton şərab saxlamaq üçün temperatur -4°C, 300 tonu saxlamaq üçün isə -14°C olmalı idi. Qida sektoru olduğuna görə insan həyatı üçün təhlükəsiz bir sistem qurulmalı idi.
Bu tapşırığı bu cür həll etdik: Obyektdə mənfi temperaturlu Çillerlər quraşdırdıq. Qurduğumuz sistem -25°C temperaturu dəstəkləyir. Soyuducu reagent olaraq propilenglikol istifadə edilir. Bu maddə orqanizm üçün tamamilə təhlükəsizdir. Yəni, sistemdə sızma olsa da, sağlamlıq üçün təhlükə yaratmır.