• image

Siyəzən Broyler Fabriki

Bu obyekt ilə bağlı qarşımızda bir neçə mürəkkəb məsələ var idi. Bunlar, inqubatoriya bölümünün gününün 2 dəfə artırılması, kəsim sexinin modernizasiya olunması və gücünün minimum 2 dəfə artırılması, tullantıların utilizasiya olunması, rendering bölümünün, yem fabrikinin və kümsələrin modernizasiya olunması idi. Və bütün bu tapşırıqlar işin ardıcıllığı pozulmadan, davamlı iş gedişatı şəraitində yerinə yetirilməli idi. Komandamız qısa müddətdə plan hazırladı. Layihələri yerli və beynəlxalq standartlara uyğunlaşdırdıq. İşin kəsintisiz davam edilməsi üçün planlamanı istehsalat bölümünü nəzərə alaraq hazırladıq. İnqubatoriya bölümü üçün isitmə, soyutma, nəmliyin saxlanılması, havalandırma və digər işləri qısa müddətdə həyata keçirdik. Ən çətin sahə kəsim bölümü sayılırdı. İşlərin istehsalat prosesinə uyğun təşkil olunması, havalandırma, istehsaldan sonra istehsalat bölümlərinin yüksək təzyiqli su ilə yuyulması, buxar təchizatı və s. müasir standartlara uyğunlaşdı. Kəsim sexində soyuqluq gücünə böyük tələbat yarandığı üçün elektrik enerjisi sərfiyyatı çox yüksək olurdu. Bunun həlli üçün normaları nəzərə almaqla sistemin soyudulması üçün ammonyak sistemini tətbiq etdik. Renderinq və yem fabrikinin sistemini normalara və müasir standartlara uyğun yenilədik, kümsələrin daxilində buxarlı soyutma sistemi quraşdırdıq.