Xəzər Dəniz Gəmiçiliyi
Gəmilərdə su soyutmalı çillerin quraşdırılması.
Açıq havada yer olmadığı üçün, su soyutmalı çiller seçdik. Avadanlığı aqressiv dəniz təsirindən qorumaq məqsədi ilə titaniumdan olan istilik mübadilə qurğusu quraşdırdıq. Gəminin kayutlarında yer məhdud olduğu üçün, xüsusi ölçülü, yəni ö
zəl sifariş ilə hazırlanmış, döşəmə tipli fankoyllar nəzərdə tutuldu. Bütün sistem dəniz şəraitinə uyğun hesablanıb.
Burada isitmə və soyutma bir yerdən həyata keçirilməli idi. İsitmə qazan vasitəsilə həyata keçirilirdi. Lakin, müştəri qazanı yalnız qış rejimində işlətmək istəyirdi. Həll yolu olaraq sistemi elə qurduq ki, qış mövsümündə qazan, yay mövsümündə isə Çiller sistemi işləsin. Bunun üçün, Çilleri və qazanı maşın bölməsində quraşdırdıq.